Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə istirahətə gedən türk turistin geyiminə müdaxilə ediblər.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o açıq-saçıq geyindiyi üçün yemək yediyi restoranlardan birinin əməkdaşının ona bürünməsi üçün şal verib.
Turistə yalnız bu halda restoranda əyləşə biləcəyini bildiriblər.
Gənc qız həmin anları kameraya çəkib. O yaşadığı hadisəni sosial şəbəkə izləyiciləri ilə bölüşərək geyiminə müdaxilə edildiyini deyib.
Sosial platformalarda yayılan görüntü qısa müddət ərzində viral olub.
Visiontv.az