Bu il Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun 200 üzvü öldürülüb
24.10.2024

Suriya İnsan Haqları Müşahidə Qrupu hesabatında bildirib ki, 2024-cü ilin əvvəlindən İsrailin ölkəyə 121 hücumu qeydə alınıb, nəticədə İran İnqilabı Keşikçiləri Korpusu və milislərinin 200-dən çox üzvü öldürülüb.

Təşkilatdan bildirilib ki, bu 121 hücumdan 98-i hava hücumu, qalanı isə İsrail quru qüvvələrinin raket hücumları ilə baş tutub.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, bu hücumlar nəticəsində ümumilikdə 295 nəfər ölüb, 181 nəfər yaralanıb.

Hesabata görə, ölənlərdən 25-i iranlı olub.

visiontv.az