DTX tərəfindən saxlanılan XİN-nin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov məhkəməyə gətirilib
10.07.2020

Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə gətirilib.

Visiontv.az-ın məlumatına görə, hazırda Səbail Məhkəməsində hakim Şahin Abdullayev sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdimatına baxılır.

Xatırladaq ki, F.Bağırov DTX tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.