Azərbaycan Dövlət İqtisad Universitetinin abreviaturunun ingiliscə yazılması (UNEC) doğru deyil.
Visiontv.az xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının rəhbəri, Azərbaycan
Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Möhsün Nağısoylunun sözlərinə görə, ola bilsin ki, İqtisad Universiteti bu cür abreviaturanı beynəlxalq təhsil bazarında tanınmaq üçün istifadə edir:
“Mənə elə gəlir ki, abreviatura beynəlxalq təhsil bazarına çıxmaq məqsədilə qoyulub. Bu məsələ daha əvvəl də gündəmə gəlmişdi, hətta bizim bununla bağlı iradlarımız da olub. Sadəcə onlardan heç biri nəzərə alınmyıb. Bununla bağlı məsələləri Monitorinq Mərkəzi araşdıra bilər”.