"Dərdlərimizi unudacağıq, vətənin dərdi ilə dərdlənəcəyik" Rəcəb Rəis
08.11.2026

Türkiyənin Cümhuriyyətinin yaranmasında və böyük Atatürkün Əmicə dediyi Rəcəb Rəisi( İpsiz Rəcəb) xatırlayaq. Dövləti dövlət edənlər xalq və onun qəhrəman oğullarıdır.

Rəcəb Rəis gənc yaşlarından liman fəhləsi və dənizçi olub. Qazandığı hər şeyi ehtiyacı olanlara xərclədiyi üçün cibində heç vaxt pulu olmazdı. Bu səxavətinə və sərvətə önəm vermədiyinə görə insanlar ona hörmətlə qarışıq zarafatla "İpsiz" ləqəbini qoymuşdular.

Türkiyənin müstəqil dövlət olması və düşmən güclərə qarşı ilk günlərdən müharibəyə qoşulan Rəcəb Rəis , Qara dəniz sahilində güclü xalq könüllüləri dəstəsi yaratmışdı. Onun dəstəsi təkcə yerli əhalini qorumurdu, həm də işğalçıların təchizat xətlərini kəsərək, Anadoludakı milli müqavimət qüvvələrinə silah və sursat daşıyırdı

Onun rəhbərlik etdiyi qüvvələr tərəfindən fransız gəmisinin əsir götürülməsi hərb tarixinə düşən mühüm uğurlardan biri olmuş və bu şücaətinə görə Ankara hökuməti ona rəsmi olaraq kapitan rütbəsi vermişdir.

Onun bu qəhrəmanlığında görə Mustafa Kamal Atatürkün şəxsi rəğbətini qazanmışdır. Əmicə olaraq böyük Atatürkün sevgisini qazanan Rəcəb Rəisin adı xalq arasında və dövlət rəhbərliyində həmişə böyük hörmətlə anılıb.

Müharibədən sonra ona təqdim edilən İstiqlal Medalından və dövlət təqaüdündən imtina edən bu fədakar komandir tarixin yaddaşına həkk olunan bu məşhur sözləri demişdi:

"Mən medal üçün deyil, millətim üçün döyüşdüm"

Oxşar bu sözləri də Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) ona iki dəfə bu adı verməyi təklif edən Əbülfəz Elçibəy və Heydər Əliyevə deyib.

Müharibə bitdikdə O, Sakaryanın Karasu rayonunda məskunlaşaraq 1928-ci ildəki ölümünə qədər kənd təsərrüfatı ilə məşğul oldu.

Allah vətən üçün sonuna qədər mübarizə aparan qəhrəman kişilərə rəhmət eləsin

Prof.Dr. Zaur Əliyev

visiontv.az