Təbriz Vətəndaş Qeydiyyatı idarəsi 6 aydır ki, türk adı verilən güneyli azyaşlı Arkaya doğum haqqında şəhadətnamə verməkdən imtina edib.
Güneyli uşağın atası Həsən Rəzmi bu barədə “Balamın_adı” kampaniyasına deyib: “Oğlumuz ötən ilin sentybarında Təbrizdə doğulub. Biz ona Arka adını verdik. Arka türkcədə dəstəkçi və qoruyucu deməkdir. Biz Təbriz Vətəndaş Qeydiyyatı İdarəsinə müraciət etdik, ancaq onlar bu ada qarşı çıxdılar. 5 aydan sonra məhkəmə bizim xeyrimizə qərar çıxardı. Bu dəfə sözügedən idarə hökmün Tehrana göndərilməli olduğunu iddia edib”.
Həsən Rəzminin sözlərinə görə, Tehran Apellyasiya Məhkəməsi Arka adının yad olduğunu bildirərək, şəhadətnamə verilməməsinə qərar çıxarıb. O, qeyd edib ki, məhkəmənin qərarına təslim olmayacaq və hüquqi mübarizə aparacaq. (GADTB)
visiontv.az