Daha 4 qazi “YAŞAT” tərəfindən Türkiyəyə göndərilib
Daha 4 qazi “YAŞAT” tərəfindən Türkiyəyə göndərilib
18.02.2022 YAŞAT Fondu Tərəfindən

Ağır yaralanan daha 4 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə Visiontv.az-a Fonddan xəbər verilib.

Qeyd edilib ki, ağır yaralı qazilər - Ömərov Rüstəm Çianşa oğlu, Yusifov Elnur Xanlar oğlu, Əliyev Xəzər Ərşad oğlu və Hacıyev Arif Şirvan oğlunun müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Daha 4 qazi “YAŞAT” tərəfindən Türkiyəyə göndərilib - FOTO

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 165 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 121-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Daha 4 qazi “YAŞAT” tərəfindən Türkiyəyə göndərilib - FOTO