Meyit qalıqlarına əsasən şəxsiyyətin müəyyənləşdirilməsində səhv ehtimalına aydınlıq gətirilib
30.04.2024

DNT nümunələrini meyit qalıqları çox qaldıqca müəyyənləşdirmək daha çətin olur.

 Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində qalıqların uzun zaman qaldıqca şəxsiyyətin müəyyənləşdirilməsində ola biləcək səhvlərlə bağlı suala cavabında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Fərid Qaraqurbanlı deyib.

O bildirib ki, ekspertlər bunu beynəlxalq tələbə uyğun hərəkət həyata keçirirlər: "Şəxsiyyətin dəqiqləşdirilməsi şəxsin itkin düşdüyü yer və digər kriminalistik məlumatlar tutuşdurularaq müəyyən edilir. Yəni səhv etmə ehtimalı çox azdır”.

visiontv.az