22.09.2020
Axtar
Ölkə
alt

Çoxusunun anası, çoxunun arvadı ermənidir...-deputat Siyavuş Novruzov

Vaxtilə bizim Brüsseldə nümayəndəmiz işləyən, anası Gəncə ermənisi olan Arif Məmmədov heç olmasa, yediyi çörəyə hörmət etsin. 20 il Azərbaycanın nümayəndəsi işləmisən. İşləmək istəmirdinsə, ərizəni verib çıxardın. İşdən çıxmamısan, azad ediləndən sonra erməniləri müdafiə etməyə başlamısan. Çünki canında bizə düşmənçilik var.

Visiontv.az xəbər verir ki, bu sözləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mediaya geniş müsahibəsində deyib.

S.Novruzov qeyd edib ki, Azərbaycanda 30 min erməni ailə yaşayır:
“Onların uşaqları, nəsli-nəcabəti var. Onların hamısı bu gün sosial şəbəkələrdə antiazərbaycan təbliğatı aparır.

Çoxusunun anası, çoxunun arvadı ermənidi... Amma bütün antitəbliğat aparanlar da onlardır”.

Axar.az

Şərh