Cinayətkarların böyük əksəriyyəti Demokratlara səs verir
03.09.2024

Amerikalı sahibkar İlon Mask Demokratlar Partiyasını növbəti dəfə tənqid edib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Mask bu barədə “X” hesabında yazıb.

“Demokrat Partiyasının cinayətkarlara qarşı bu qədər yumşaq davranmasının səbəbi ondan ibarətdir ki, cinayətkarların böyük əksəriyyəti Demokratlara səs verir - onlar öz müştərilərini incitmək istəmirlər!”, - Mask vurğulayıb.