Cavabı çox gözləmək lazım gəlmədi: Dünən gecə İranın bir neçə hərbi obyektləri darmadağın edilib
Cavabı çox gözləmək lazım gəlmədi: Dünən gecə İranın bir neçə hərbi obyektləri darmadağın edilib
29.01.2023 Sahib Alıyev Tərəfindən

Gözlənilirdi ki, İran Prezidenti  Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarına qarşı  elə terror aktı törədilən günü üzürxahlıq edəcək, bununla bağlı obyektiv araşdırma aparılacağını bildirəcək və baş sağlığı verəcək. Olayın uydurulmuş səbəbini  çox operativcəsinə təqdim edənlər hər halda bunda da ləngiməməli idilər.

Amma söhbət bizə yanaşmaları heç kimə sirr olmayanlardan getdiyindən bir çox ölkələrin, o sıradan da dost İsrailin Prezidentinin baş sağlığı diləklərindən sonra Seyid İbrahim Rəisinin də cənab İlham Əliyevə zəng etdiyi xəbər verilir. İran Prezidentinin bu terrorun törədilmə səbəbəbi haqda nə dediyi açıqlanmır. Ola bilsin ki, terrorçunun onun üçün təşkl edilmiş “brifinq”(dünya təcrübəsində rast gəlinməyən yenilik)də söylədiklərini təkrarlayıb. 

Azərbayan Prezidentinin Rəisiyə bu terror aktını şiddətlə qınadığını söyləyərək istintaqın şəffaf aparılmasını tələb etməsi  isə rəsmi Tehranın onun törədilmə səbəbi ilə bağlı  dövriyyəyə buraxdığı versiyalara  inanılmadığını ortaya qoyur.
Maraqlıdır ki, eyni gündə Yerusəlimin Neve Yaakov məhəlləsində sinaqoq yaxınlığında 8 nəfərin ölmü ilə nəticələnən terror aktı törədilmişdi. Bəlli oldu ki, onu SEPAH-la sıx əməkdaşlıq edən HƏMAS-a bağlı terrorçu törədib. 

Cavabı çox gözləmək lazım gəlmədi. Yanvarın 28-dən 29-a keçən gecə İsrail PUA-ları Tehranda, Həmadanda, İsfahanda, Rəştdə və daha bir neçə şəhərdəki hərbi obyektləri darmadağın ediblər. Azərbaycanı hədələyən, Qüdsə haradansa keçib gedəcəkərini deyən, yağlı sifət və sözün hər anlamında yüngülsaqqallılar bunun qarşısını  ala biməyiblər və bilməzdilər də.

Millət vəkili Sahib Alıyev

Visiontv.az