Məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri bu Xalq artisti elan edəcək!
İctimai Televiziya və Radio Yayımları Şirkəti Təl-Əvivdə keçiriləcək “Avroviziya-2019” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.
Visiontv.az- in məlumatına görə məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri Xalq artisti Faiq Ağayev elan edəcək.
Ağayev yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək balları İTV-nin canlı efirində səsləndirəcək. Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.
Onu qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında təmsilçimiz Çingiz Mustafayev ikinci yarımfinalda “Truth” (Həqiqət) adlı bəstə ilə 18-ci nömrə altında çıxış edəcək.
“Arzulamağa cürət et” (Dare to Dream) şuarı ilə yayımlanacaq yarışmanın Azərbaycan üzrə şərhçisi isə bəstəkar-müğənni Murad Arif olacaq./oxu.az