Bu məşhur “Avroviziya-2019”da səsləri elan edəcək
01.05.2019

 Məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri bu Xalq artisti elan edəcək!

İctimai Televiziya və Radio Yayımları Şirkəti Təl-Əvivdə keçiriləcək “Avroviziya-2019” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.

Visiontv.az- in məlumatına görə  məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri Xalq artisti Faiq Ağayev elan edəcək.

Ağayev yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək balları İTV-nin canlı efirində səsləndirəcək. Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.

 

 

 Onu qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında təmsilçimiz Çingiz Mustafayev ikinci yarımfinalda “Truth” (Həqiqət) adlı bəstə ilə 18-ci nömrə altında çıxış edəcək.

“Arzulamağa cürət et” (Dare to Dream) şuarı ilə yayımlanacaq yarışmanın Azərbaycan üzrə şərhçisi isə bəstəkar-müğənni Murad Arif olacaq./oxu.az