Böyük Britaniya Azərbaycana ilk dəfə hərbi attaşe təyin edib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, hərbi attaşe vəzifəsinə Gavin Tarbard təyin edilib.
"Onun Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək", - məlumatda vurğulanıb.