BMT-nin İnsan Haqları Şurası qətnamə qəbul edərək, şuranın İran üzrə xüsusi məruzəçisi May Satonun missiyasını uzadıb.
Eyni zamanda, İran etirazlarının yatırılması ilə bağlı Faktaraşdırıcı Komitənin işinin vaxt məhdudiyyəti olmadan davam etdirilməsinə qərar verib.
Bildirilib ki, Cenevrədə keçirilən iclasda qətnamə 24 lehinə, 8 əleyhinə və 15 bitərəf olmaqla təsdiq edilib. Əleyhinə səs verən ölkələr arasında Çin, Kuba, İndoneziya, Sudan, Vyetnam və Boliviya da var. Qətər, Küveyt və Gürcüstan qətnaməyə səsvermədə bitərəf qalan ölkələr arasında olub. (
visiontv.az