Bəzi yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
27.01.2026

Bu gün bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə Visiontv.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.