"BBC" bizi türk adlandırdı... - Elbəy Həsənli
23.10.2020

İmkan daxilində Qərb mətbuatın izləyirəm. Azərbaycanda əhalinin əsas hissəsinin türk olması haqqında son vaxtlar daha çox yazırlar. Qabaq belə şeylər demək olar ki, yazılmazdı.

Azərbaycanla bağlı türk sözü işlətməkdən qaçırdılar. İndi isə vəziyyət xeyli dəyişib. Bir çox mənbələr yazır ki, Türkiyə Azərbaycana müsəlman ölkəsi olduğuna görə yox, daha çox türk dövləti olduğuna görə açıq şəkildə dəstək verir. Bu baxımdan, "BBC" xeyli irəli gedib. Yazır ki, Dağlıq Qarabağda ənənəvi olaraq xristian ermənilər və müsəlman türklər yaşayıb.

Həmin ifadənin orijinalını da təqdim edirəm: "Traditionally inhabited by Christian Armenians and Muslim Turks"

Dünya yavaş-yavaş Azərbaycanın bir türk dövləti olmasını qəbul edir...

Visiontv.az