Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Visiontv.az report-a istinadən xəbər verir, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Qaraçuxur qəsəbəsində 1961-ci il təvəllüdlü Natəvan Ələmdar qızı Hacıyevanı motosiklet vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.