Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində avtomobil yolu keçən 1962-ci il təvəllüdlü Əliyev Elsevər İdris oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
report