"Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqrama əsasən 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır".
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
O bildirib ki, bu, sərnişin axınını 88 milyon nəfərədək artıracaq.
“Proqrama daha 2 stansiyanın tikintisinin tamamlanması, 1 stansiyanın təmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşası daxildir”,-deyə o qeyd edib.