BMT-nin nüvə üzrə nəzarət qurumu son hesabat dövründə İranın bəyan etdiyi nüvə materialları və obyektləri barədə “İrandan heç bir məlumat almadığını” və sahə yoxlamaları üçün obyektlərin heç birinə çıxış əldə edə bilmədiyini bildirib.
Bunu MAQK-nın baş direktoru Rafael Qrossi qurumun Direktorlar Şurasına müraciətində deyib.
Qrossi bildirib ki, agentliyin İranın daha əvvəl bəyan etdiyi, 60%-dək zənginləşdirilmiş uran ehtiyatları barədə son dəfə məlumat almasından “bir ildən çox” vaxt keçib.
O, məlumat və çıxışın olmamasını “nüvə silahlarının yayılması baxımından ciddi narahatlıq doğuran məsələ” adlandırıb və təcili tədbirlər görülməsinə çağırıb. Qrossi Tehrandan agentliklə tam əməkdaşlıq etməsini istəyib.
visiontv.az