“Azərişıq” ASC-nin sisteminə qoşulmaq haqqını süni intellekt hesablayır
16.04.2021

Yeni abonent elektrik enerjisi şəbəkəsinə qoşulmaqla bağlı müraciət etdikdə 400 m məsafədə olan trasformator sistem tərəfindən seçilir.  Bunu “Azərişıq” ASC-nin İnformasiya və Texnologiyalar Departamentinin rəisi Qalib Həmidov mətbuat konfransında deyib. 

“Sistem müraciət olunan ərazidən 400 metr məsafədə olan transformatorları seçir. Daha sonra qoşulacaq mənbə olan transformatorun gücünün verilən texniki şərtin gücünə uyğunluğu tənzimlənir. Bütün bu parametrlər sistem tərəfindən öyrənilərək məlumat verilir ki, müraciət əsasınsa müvafiq transformatora qoşulma həyata keçiriləcək.  

Müraciət edən abonentlər (fiziki və hüquqi şəxslər) yerin kordinatlarını onsuzda özləri daxil edirlər. Daxil etdikləri yerə uyğun da qoşulma mənbəsi seçilir. Ən optimal və gücü müsait olan transformator seçimi olunur. Süni intellekt sayəsində məsafə ölçülür, qoşulma yeri müəyyən olunaraq məbləğ hesablanır və abonentə yekun məlumat bildirilir”.

“Ola bilər ki, yaxınlıqda olan transformator yüklənmiş ola bilər. Buna operator yox, sistem qərar verir. Bu məqsədlə də qoşulma mənbəsinə uyğun olaraq ən münasib digər transformator seçilir”, - deyə Qalib Həmidov vurğulayıb.