COP29 dönəmində qonaqlar və akkreditasiyadan keçən yerli sakinlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək
18.10.2024

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli sakinlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib.

O qeyd edib ki, bunun üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: "Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir".