Azərbaycanda vəzifəli şəxs iş başında dünyasını dəyişdi
23.07.2019

“Azərpoçt” MMC-nin Salyan filialının rəisi iş otağında ölü tapılıb.

Bölgə müxbiri xəbər verir ki, hadisə dünən saat 16 radələrində qeydə alınıb.

Filialın rəisi 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlunun ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.