Azərbaycanda nadir xəstəliklərin müalicəsi üçün istifadə edilən preparatların sayı artırıldı
16.03.2026

"Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı"nda dəyişiklik olunub.

Visiontv.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev qərar imzalayıb.

Qərara əsasən siyahıya dörd dərman vasitəsi əlavə edilib.

Azərbaycanda nadir xəstəliklərin müalicəsi üçün istifadə edilən preparatların sayı artırıldı

Qeyd edək ki, qərarın icrasına nəzarət nazir müavini İlqar Qasımova həvalə olunması tapşırılıb.

visiontv.az