Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb
06.05.2024

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub.

Visiontv.az  APA-ya istinadən xəbər verir ki, bu  barədə  Azərbaycan  XİN-in sözçüsü  Ayxan Hacızadə məlumat yayıb.

Onun sözlərinə görə görüş mayın 10-da  Almatıda baş tutacaq.

visiontv.az