Azərbaycan və Aİ arasında qarşılıqlı səfər sayında ciddi artım olub
24.11.2023

Azərbaycan Respublikası və Avropa İttifaqı vətəndaşları arasında qarşılıqlı səfər sayında ciddi artım olub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə 23 noyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclasında bildirilib.

2022-ci və 2023-cü ilin 15 noyabr tarixinədək olan statistik göstəricilərə istinad edilərək, Azərbaycan Respublikası və Avropa İttifaqı vətəndaşları arasında qarşılıqlı səfər sayında ciddi artımın olduğu vurğulanıb.