Avropa İttifaqı Şurası İranda küçə etirazlarının qəddarcasına yatırılması da daxil olmaqla, insan haqlarının ciddi şəkildə pozulmasına görə cavabdehlik daşıyan 16 şəxsə və üç quruma sanksiyalar tətbiq etmək qərarına gəlib.
Sanksiyalar İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavininə, SEPAH-ın yerli şöbələrinin komandirlərinə, məhkəmə orqanlarının rəsmilərinə, eləcə də rəqəmsal nəzarət şirkətlərinə və onların rəhbərlərinə şamil olunur.
Sanksiyalara aktivlərin dondurulması, maliyyə aktivlərinin və iqtisadi resursların təmin edilməsinə qadağa, eləcə də Aİ-yə giriş və tranzit məhdudiyyətləri daxildir.
İranda ümumilikdə 263 fiziki şəxs və 53 hüquqi şəxs sanksiyalara məruz qalır.
visiontv.az