Gürcüstanda Sovet İttifaqı dağılandan sonra şəhər planlaşdırması resurslarımız yox idi. Bu gün isə artıq bələdiyyələr tərəfindən 40 planlaşdırma layihəsi tətbiq olunub.
Bunu WUF-13 çərçivəsində UN-HABİTAT-ın təşkilatçılığı ilə keçirilən “İki bölgə, bir gündəm: inklüziv şəhər dirçəlişi üçün dərslər” adlı tədbirdə Gürcüstanın Məkan və Şəhərsalma İnkişafı Agentliyinin rəhbərinin I müavini Tinatin Kolbaia deyib.
O bildirib ki, Gürcüstanda prioritet investisiya planları tərəfindən dəstək çox vacibdir: “Bizim üçün əsas olan planlar yaşanılan bilən şəhərləri ortaya qoymalıdır. Mənzil təminatı ilə bağlı məsələlər bir neçə qurum tərəfindən tənzimlənir. Mənzil təminatı strategiyamız var. Gürcüstan islahatlarla bağlı çox uzun yol keçib. Qeyri-formal yaşayış məskənləri ilə bağlı bizim artıq vahid strategiyamız formalaşıb”.
O, postsovet ölkələrində məcburi köçkün problemlərinin olduğunu diqqətə çatdırıb:
“Postsovet ölkəsiyik, bizdə də məcburi köçkünlər var. Abxaziya, Cənubi Osetiya işğal olunandan sonra 300 min məcburi köçkün var idi ki, onlar da ölkə üçün əlavə yük yaradırdı. Çünki biz onları yerləşdirməli idik. Bu gün də onlara bu dəstək davam edir”.
visiontv.az