Ağ Ev: “ABŞ İranın nüvə proqramını tamamilə ləğv etmək niyyətindədir”
25.03.2025

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts CBS News-a müsahibəsində bir daha bildirib ki, Donald Tramp administrasiyası İranın nüvə proqramını tamamilə ləğv etməyə çalışır.

“İran bütün dünyanın aydın görəcəyi bir şəkildə nüvə proqramını tərk etməlidir. İranın nüvə silahı əldə etmək istəyindən tamamilə əl çəkməsinin vaxtı çatıb, çünki onun nüvə silahı proqramı olmamalıdır və ola da bilməz”, - deyə, Ağ Evin müşaviri vurğulayıb.

İranın regional siyasətinə toxunan Mayk Uolts qeyd edib ki, “ABŞ İranın proksi qüvvələri vasitəsilə törətdiyi dağıntıların və ölümün şahidi olur”.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8