ABŞ Ukraynaya “Tomaqavk” raketlərini verməyəcək
18.10.2025

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündən sonra deyib. O bununla bağlı danışıqların davam etdiriləcəyini deyib. AzadlıqRadiosunun Ukrayna xidməti Vaşinqtonun raketlərdən verməkdən imtinasına səbəb kimi müharibənin eskalasiyasının istənməməsi olduğunu yazıb.

Zelenski həmçinin Trampla görüşdə Putinlə danışıqlara hazır olduğunu, Ukraynanın müharibəni hazırkı cəbhə xəttində dayandırmağa hazır olduğunu deyib.

2 saatdan çox davam edən görüşdən sonra Donald Tramp həm Zelenski, həm də Putinə müharibəni dayandırmaq vaxtının çatdığını dediyini özünün sosial şəbəkə hesablarında yazıb. Zelenski isə Trampın dayanmaqla bağlı fikriylə razı olduğunu, amma hər şeyin Putindən asılı olduğunu deyib.

NBC televiziyasına müsahibə verən Zelenski həmçinin “Tomaqavk”ların tədarükü ilə bağlı ümidini itirmədiyini söyləyib. O, Trampın ağzında qəti rədd cavabı çıxmadığını bildirib.

visiontv.az