ABŞ strateji qələbəyə hazırlaşır?
27.03.2026

Axios-un ABŞ mənbələrinə istinadən yazdığına görə, ABŞ-ın İrana son zərbəni vurmaq üçün nəzərdə tutduğu variantlar arasında Əbu Musa adası, Böyük və Kiçik Tunb adalarının ələ keçirilməsi, Xark adasına hücum və ya blokada, həmçinin Lark adasına hücum yer alır.

Bu ada İrana Hörmüz boğazında nəzarəti saxlamağa kömək edir.

Məlumatda bildirilib ki, Pentaqon mövcud olan hərbi variantları işləyib hazırlayır və bunlar arasında yerüstü qoşunlardan istifadə və genişmiqyaslı bombardman kampaniyası da ola bilər.

Sadiq İsabəyli

visiontv.az