ABŞ-ın Türkiyədəki səfiri bildirir ki, Birləşmiş Ştatlar Türkiyədən və İranla əlaqəsi olan başqa müttəfiqlərdən onu Yaxın Şərqdə gərginliyi azaltmağa razı salmağa çağırır.
Səfir Ceff Fleyk bu şərhi HƏMAS və Hizbullahın yüksək səviyyəli üzvlərinin öldürülməsndən sonra İran və onun müttəfiqləri tərəfindən mümkün hücumlara hazırlaşdığı bir vaxta təsadüf edib.
İranın dəstəklədiyi HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. Bu da İranın Qəzzada fələstinli islamçı qrupa qarşı döyüşən İsrailə qarşı qisas təhdidlərinə səbəb olub. İran Haniyənin ölümünə görə İsraili günahlandırır. İsrail məsuliyyəti üzərinə almayıb.
“Biz İranla münasibəti olan bütün müttəfiqlərimizi İranı de-eskalasiya etməyə razı salmağa çağırırıq. Buna Türkiyə də daxildir”, vəzifə müddətinin sonuna yaxınlaşan Fleyk İstanbulda jurnalistlərlə keçirilən dəyirmi masada deyib.
“Onlar vəziyyətin eskalasiya etməməsi üçün əllərindən gələni edirlər” o, Vaşinqtonun türk həmsöhbətləri ilə bağlı deyib və əlavə edib ki, onlar “bunun eskalasiya etməyəcəyinə bizdən daha əmin görünürlər”.
ABŞ-Türkiyə münasibətləri son illərdə ABŞ-ın Türkiyənin terrorçu hesab etdiyi Suriya kürdləri ilə müttəfiqliyi və Türkiyənin Rusiyanın S-400 müdafiə sistemini alması səbəbilə gərginləşib. ABŞ buna cavab olaraq sanksiyalar tətbiq edib və Türkiyəni F-35 təyyarə proqramından çıxarıb.
Ancaq Fleyk deyib ki, o, ABŞ-Türkiyə münasibətlərinin hazırda “bir müddət olduğundan daha yaxşı vəziyyətdə” olduğunu düşünür.
O, Türkiyənin Soyuq Müharibədən bəri Birləşmiş Ştatlarla Rusiya arasında avqustun əvvəlində Ankarada baş tutan məhbus mübadiləsində oynadığı “faydalı rolu” qeyd edib.
“Onlar danışıq tərəfində deyildi, logistika tərəfində idi, onlar mühüm rol oynadı,” o deyib.
Fleyk iyun ayında Reuters-də müsahibədə Türkiyənin Qərbə bağlı olduğunu və Birləmiş Ştatlarla tərəfdaşlığı heç vaxt bu qədər güclü olmadığını deyib.
Ancaq Fleyk bazar ertəsi deyib ki, Qəzza vəziyyəti “çox çətindir,” Prezident Ərdoğanın İsrailə qarşı ritorikası da Türkiyənin vasitəçi rolunu oynamasını çətinləşdirir. O deyib ki, Ankara və Vaşinqton arasında Qəzza məsələsindəki fikir ayrılığı Vaşinqton atəşkəsə “fəal olaraq çağırış” etməyə başlayandan sonra azalıb, amma ziddiyət davam edir.
visiontv.az