Ukrayna prezidenti Volodimir Zelenski Ali Radada çıxışında Ukrayna qoşunlarının təchizatında problemlər olduğu üçün geri çəkilməsi barədə əmri özünün verdiyini qeyd edib. Həmçinin ABŞ hərbi yardımın yalnız 10 faizini Ukraynaya çatdırdığını, bunun yetərli olmadığıni xüsusi olaraq vurğuladı. Rusiyanın artan hücumlarının qarşısını almaqda çətinlik çəkən Ukrayna qoşunları sağ qalmaq üçün geri çəkilir. Vaşinqton Ukraynaya Rusiya qoşunlarının durdura biləcək silahlar vermir. Bununla da ABŞ, yalnız öz strateji siyasəti üçün bu müharibədən istifadə edir.
Hazırda Ukrayna qoşunları Kurskda və Donbasda Rusiya qoşunlarının hücumunun dayandırılmasında ciddi problemlərlə üzləşib. ABŞ -ın müdafiə naziri L. Otsin Rusiyanın Ukraynada qələbə əldə etməsinə imkan verməyəcəklərini elan edib. Amma, Ukrayna qoşunlarının taqətdən düşməsi və səfərbərlik problemi nizami ordunun komplektləşdirilməsində mənfi təsirləri qaçılmaz edir.
Rusiya Şimali Koreya hərbiçilərindən istifadə etməsi, Qərblə qarşıdurmada yeni mərhələyə keçib. Rusiya göndərilən Şimali Koreya qoşunlarının ilk etabi Kursk döyüşlərinə göndərilib. Həmçinin Donbasda da göndərilməsi istisna deyil. Göründüyü kimi, Rusiya cəbhənin bütün istiqamətlərində təşəbbüsü ələ alıb. Belə bir situasiya da V. Putin Ukrayna ilə danışıqlar da maraqlı deyil. V. Putinin V. bir tələbi var. Bu tələb Zeleskinin kapitulyasiyaya imza atıb, Ukraynani Moskvaya verib cixib getməkdi.
Təbii ki, Rusiya qoşunları hücum əməliyyatlarıni intensivləşdirib daha da irəliləyişlərə nail olarsa, ABŞ hərəkətə keçəcək. Hazırda Ukrayna çətin sınaqlarla üzləşib və görünür Vaşinqton V.Zelenskiyə ciddi təzyiqlər edir.
ABŞ-ın Ukrayna siyasəti və lazımi hərbi yardımların edilməməsi, V Zelenskinin "Qələbə planını" qəbul etməməsi, bu ölkəni Rusiyaya qarşı pladsarm kimi istifadə etməsi görüntüsü yaradılıb. Görünür, ABŞ Rusiyanın strateji cəhətdən zəiflətmək və resurslarıni tükətdirməyi hədəfləyib. Məhz Rusiyanın Şimali Koreyadan 10 mindən artıq hərbiçi gətirməsi, bu ölkənin resurslarınin tükəndiyini, çağırışçı problemi ilə üz-üzə qaldığını göstərir.
ABŞ, Rusiya -Ukrayna müharibəsinin gələn il də davam etməsində maraqlıdır. Bununla da Rusiyanın hərbi və strateji resurslarını və maliyyə rezervlərinı getdikce tükəndirməyi planlaşdırır.
Buna baxmayaraq Qərb növbəti ildən Rusiyaya qarşı Ukraynada yeni cəbhə aça bilər. Və Moskvanı danışıqlar masasına əyləşdirmək üçün Rusiya ərazisinə zərbə endirmək üçün lazımi silahları verə bilər.
Məhəmməd Əsədullazadə
visiontv.az