ABŞ-nin İordaniyadakı aviabazadan qalxaraq İran istiqamətində əməliyyatlara cəlb olunan qırıcıların silahlanması açıqlanıb.
Məlumata görə, F-35 Lightning II qırıcıları “stels” rejimində – silahlar daxili bölmələrdə yerləşdirilərək istifadə olunur.
F-16 “Fighting Falcon” təyyarələri AIM-120 və AIM-9 raketləri, AGM-88 HARM, GBU-31 JDAM bombası və AN/ALQ-167 REM podu ilə təchiz edilib.
F-15E “Strike Eagle” isə 6 ədəd GBU-38 və 1 ədəd GBU-31 JDAM bombası daşıyır. Bundan əlavə, EA-18G “Growler” qırıcıları 4 ədəd AGM-88E AARGM və 2 ədəd AIM-120 raketi ilə radioelektron mübarizə tapşırıqlarını yerinə yetirir.
visiontv.az