ABŞ Nümayəndələr Paltası İranın İsrailə həmləsi ilə əlaqədar bir neçə layihə hazırlayıb
18.04.2024

Amerikanın Politiko nəşri bu barədə xəbər yayaraq ayrınıtıları təqdim edib.

Layihələr məcmusu bir qətnamə olaraq “Çaydan Dənizədək Fələstin Azad olunacaq” şüarını antisemitist elan edərək onun qınanılmasını tələb edir. 

“İranın yüksək vəzifəlilərinin cavabdeh edilməsi” qanunu da qərara alınmış layihələr sırasında olmaqla İranın yüksək vəzifəlilərinin varidatları barədə hesabat verilməsini tələb edir.

Digər layihə “İrana sanksiyalarla əlaqədər cavabdeh edilmə” qanunu olaraq İranın əlehyinə sanksiyaları aşmaq imkanının qarşısını almaq niyyətindədir.

“İnsan sipərindən istifadəyə qarşı vasitələrin gücləndirilməsi” qanunu sivillərdən insani sipər kimi istifadə edən qurumlara qarşı sanksiyaların tətbiq edilməsini mümkün edir.

Həmçinin ABŞ Nümayənədələr Paltası tərəfindən “Kaptaqon qaçaqçılığına qadağa” qanunu da qərara alınaraq Kaptaqon adında narkotikin istehsalçıları və yaxud paylanmasını asanlaşdıran qurumlara qarşı sanksiya tətbiq olunması məqsədini güdür.

Bunlara əlavə olaraq ABŞ istehsalı texnologiyaların İrana ixracı “terrorist hərəkətlər üçün texnologiyanın təklif olnmaması qanunu” ilə daimi olaraq qadağan olunub.

Habelə “girov götürənləri mükafatlandırmamaq” qanunu sanksiya qoyulmuş ölkə rəsmilərinin BMT toplantılarında işriraklarını qadağa edir.

Qərara alınmış “İrana sanksiyaların möhkəmləndirilməsi” qanunu da İrana qarşı bir sıra sanksiyaları daimi edir.

Sonuncu olaraq digər bir qətnamə də qərara alınmaqla Avtorpa İttifaqından İranın İnqilab Qoruyucuları Təşkilatını (SEPAH) tezliklə terrorist təşkilatlar siyahısına salınmasını tələb edir.

Qeyd edək ki, bu qanunların hər hansı birinin icraya yönədldilməsi barədə hələ ABŞ Senatı mövqe bildirməyib.

visiontv.az