Sentyabr ayında Azərbaycan və Ermənistan arasında çərçivə sazişi imzalanması mümkündür
Sentyabr ayında Azərbaycan və Ermənistan arasında çərçivə sazişi imzalanması mümkündür
01.05.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Azərbaycanla Ermənistan arasında bu ilin sentyabrında iki ölkə arasında baza sənədi (Çərçivə sazişi) imzalanması mümkündür

İki tərəfli danışıqlar gedir və Azərbaycanın Ermənistana təqdim etdiyi növbəti təkliflər paketi məhz baza sənədinin imzalanmasını özündə ehtiva edir. Xarici işlər nazirləri Alma-Atıda görüşüb, bir neçə məsələlər üzərində razılaşma əldə edilməsi gözlənilir. Ermənistanda revanşistlər maksimum çalışır ki, Azərbaycanla gözlənilən razılaşmanın qarşısı alınsın.

Erməni kilsəsi və müxalifət aktiv şəkildə bunun üzərində dayanıb. Rusiya tərəfinə gəldikdə, Kreml Azərbaycanla Ermənistan arasında razılaşmaya etiraz etməyəcək. Prezident İlham Əliyevin Moskvada V. Putinlə görüşündə bu məsələlər müzakirə olunub. Rusiya bu məsələdə neytral qalacaq. Qazaxıstan prezidentinin Ermənistana səfərində bir çox məsələlər razılaşdırılıb. Hətta Zəngəzur yolunun Ermənistanın tam nəzarəti əsasında açılması razılıq əldə edilib.

Məhəmməd Əsədullazadə

visiontv.az