ABŞ Konqresinin üzvləri iranlı reperin edama məhkum edilməsini pisləyir
02.05.2024

Amerikanın Səsinə danışan ABŞ Konqresinin üzvləri İran məhkəməsinin populyar reperi edam cəzasına məhkum etdiyinə görə həmin ölkənin teokratik hökumətini sərt tənqid edib və onun repressiv siyasətinə qarşı mübarizə aparmağın vacbliyini vurğulayıblar.

“Təkrar-təkrar İran rejimi sübut edir ki, o, silaha əsaslanan diktaturadır,” deyə Nümayəndələr Palatasının üzvü Co Uilson (R) Amerikanın Səsinə bildirib.

Məhsa Əmininin ölümündən sonra başlanan ümummilli etirazları dəstəklədiyinə görə bir il yarımdan çox müddətə həbs edilən Tumac Salehi ölüm cəzasına məhkum edib. Salehi 2022-ci ilin oktyabrında hicab qaydaları əsasında saxlanılan 22 yaşlı kürd qadının əxlaq polisinin nəzarətində ölməsindən sonra vüsət alan nümayişlərə dəstək ifadə etdiyinə görə həbs edilmişdi.

Konqresmen Adam Smit İranın bölgədə aqressiv siyasət yürütdüyünü və regional təhlükəsizliyə hədə olduğunu vurğulayıb.

“İran totalitar itaətçilik ideologiyası yayır, ələlxüsus qadınlara qarşı. Odur ki, biz İrana, onun HƏMAS, Husilər və Hezbulla kimi müttəfiqlərinə qarşı dayanmalıyıq” Adam Smit (D)

“Biz fundamental insan haqları uğrunda mübarizə aparan etirazçılarla çiyin-çiyinə dayanırıq. İran rejimi şər rejimidir. İran rejimi öz xalqının qayğısına qalmağı düşünmür. Onlar o qədər zəifdirlər ki, onları tənqid edənləri edam etmək məcburiyyətində olduqlarını hiss edirlər,” Ses Multon (D) deyib.

“İran hökuməti dini diktatura kimi davranır. İran xalqı öz azadlığını istəyir və biz Konqresdə onları dəstəkləyirik,” Maykl Ualtz (R) İran xalqının siyasi azadlıqlar uğrunda mübarizəsinə dəstəyini ifadə edib.

Salehi 2023-cü ildə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin o, noyabrın 18-də girov müqabilində sərbəst buraxılıb, müğənninin vəkili Əmir Rəisian o zaman deyib ki, Ali Məhkəmə altı il həbs cəzası kimi “ilkin hökmdə qüsurlar” aşkar edib.

Reper iki həftə keçməmiş yenidən həbs edilib.

İnqilab Məhkəməsi Salehiyə qarşı “qiyama kömək etmək, toplaşmaq və sövdələşmə, sistem əleyhinə təbliğat və iğtişaşlara çağırış” ittihamlarını əlavə edib,” deyə Rəisian bildirib.

“İsfahan İnqilab Məhkəməsinin 1-ci şöbəsi... Salehini yer üzündə korrupsiya ittihamı ilə ölüm hökmünə məhkum etdi,” islahat yönümlü “Şərq” qəzeti Rəisiana istinadən məlumat verib.

Məhkəmə "görünməmiş bir addımla öz müstəqilliyini vurğulayıb və Ali Məhkəmənin qərarını yerinə yetirməyib" deyən Rəisian, "hökmdən şübhəsiz ki, apellyasiya şikayəti” veriləcəyini əlavə edib.

İranın dissident reperə ölüm hökmü çıxarması İslam Respublikasının yerli və beynəlxalq tənqidçilərinin, o cümlədən Tehranın sənətçinin edamına doğru addım atarsa, əks reaksiyaya səbəb olacağını deyən alman deputatın qəzəbinə səbəb olub.

Almaniya parlamentinin üzvü Ye-One Rhie Amerikanın Səsinin Flashpoint Global Crises proqramının cümə buraxılışına verdiyi müsahibədə deyib ki, İran hökuməti Salehinin işində baş verənlərə hələ də kimin reaksiya verdiyini və onların necə reaksiya verdiyini yoxlamaq üçün ölüm hökmündən istifadə edir.

visiontv.az