ABŞ İranın ən dərin yeraltı nüvə obyektinə zərbə planı hazırlayır
11.09.2026

ABŞ ordusunun İranda yerləşən dərin yeraltı Pikaks dağı obyektinə mümkün zərbəni simulyasiya etmək üçün Nyu-Meksiko ştatındakı Uayt Sands poliqonunda yeni sınaq imkanları yaratdığı iddia olunur.

Pikaks dağı Nətənz nüvə kompleksinin yaxınlığında yerləşən və dərin yeraltı tunel sistemlərindən ibarət obyekt kimi tanınır. ABŞ və İsrailin bu ərazini İranın nüvə proqramı baxımından əhəmiyyətli obyektlərdən biri hesab etdiyi bildirilir.

Məlumata görə, obyektin böyük dərinlikdə və möhkəm qaya qatlarının altında yerləşməsi onun adi hava zərbələri ilə məhv edilməsini çətinləşdirir.

visiontv.az