30 sentyabr - Beynəlxalq Tərcüməçilər Günüdür..
30 sentyabr  -  Beynəlxalq Tərcüməçilər Günüdür..
30.09.2022 MEDİA Tərəfindən

Çoxsaylı peşə bayramlarından biri də Beynəlxalq Tərcüməçilər Günüdür. Beynəlxalq Tərcüməçilər Federasiyasının  qərarı ilə bu bayram 1991-ci ildən etibarən hər il sentyabrın 30-da qeyd edilir.

Bu tarixin seçilməsi təsadüfi deyildir: Bibliyanı (Vulqatı) latın dilinə tərcümə etmiş və ənənəyə görə tərcüməçilərin hamisi hesab olunan İeronim Stridonski 420-ci il sentyabrın 30-da dünyasını dəyişib. Çox zəngin intellekt sahibi olmuş çılğın xarakterli bu şəxs çoxlu səyahət etmiş, cavanlığında Müqəddəs Torpağı ziyarət edib.

                    Tarixin təqvimində daha nələr var?  Dünyada 30 sentyabrda baş verən digər mühüm hadisələr isə bunlardır:

30 sentyabr 1207-ci ildə Mövlanə Cəlaləddin Rumi Əfqanıstan sərhədləri daxilindəki Belh şəhərində anadan olub. Əsil adı Məhəmməd Cəlaləddin olan Mövlanə məşhur əsəri olan Məsnəvisini Konya şəhərində yazıb. Fars dilində yazılan bu Məsnəvi 25 min 618 beyitdən ibarətdir.

30 sentyabr 1520-ci ildə 10-cu Osmanlı padşahı avropalıların “Möhtəşəm” adlandırdığı Qanuni Sultan Süleyman taxta oturub.

30 sentyabr 2009-cu ildə İndoneziyanın Sumatra adasında baş verən zəlzələdə min 115 adam həyatını itirib.

30 sentyabr 2017-ci ildə Somalinin paytaxtı Moqadişuda tikilən Türkiyənin ölkə xaricindəki ən böyük hərbi bazası istifadəyə verilib.
 

Bünyamin Bünyadzadə

Visiontv.az