Bakı Metropoliteninin "28 May" stansiyasında həyəcanlı anlar yaşanıb.
VisionTV.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov "qafqazinfo"ya bildirib.
O, vurğulayıb ki, saat 14:11-də bir nəfər əşyası düşdüyü üçün gözlənilməz halda relslərin üzərinə tullanıb:
"Bakı Metropoliteninin qaydalarına görə, bu kimi hallar yolverilməzdir.
Bu səbəbdən də həmin şəxs hüquq mühafizə orqanlarına təhvil verilib. Vəziyyəti yaxşıdır".