20 İsrail casusunun işi araşdırılır
11.08.2025

12 günlük İran-İsrail müharibəsindən sonra saxlanılanlardan 20-ə qarşı İsrailə casusluq və dəstək vermək ittihamı ilə cinayət işi açılıb və barələrində araşdırmalar davam edir.

Bunu İran Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangir deyib.

O, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (Ettelaat) əməkdaşlarının həmin şəxslərin ölkənin müxtəlif əyalətlərində həbs etdiyini bildrsə də, onların kimliyi haqqında açıqlama verməyib.

"İsrail casuslarına və İsraiıə dəstək verənlərə heç bir güzəşt olunmayacaq. Onlara qarşı qəti qərarların verilməsi həm də, bunun başqalarına tarixi ibrət dərsi olması məqsədi daşıyır",- Cahangiri bildirib.

Qeyd edək ki, 12 günlük İran-İsrail münaqişəsindən sonra İranda 2000-dən çox şəxs həbs edilib, onların bəziləri barəsində "İsrailə casusluq" ittihamı irəli sürülüb.

visiontv.az