18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib
30.07.2020

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 məktəbin direktoru yerdəyişmə ilə BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil məktəblərinə təyinat alıblar.

Visiontv.az xəbər verir ki, qeyd edilib ki, 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib.
Onlardan 14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, dörd nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar vəzifələrinə xitam verilib.
Həmin məktəblər aşağıdakılardır:
19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər.

oxu.az