Zelenski İranın Ukraynaya qarşı təhdidlərinə cavab verib
17.03.2026

Ukrayna dövlət başçısı Volodimir Zelenski Yaxın Şərqdəki vəziyyətlə əlaqədar İranın səsləndirdiyi hədələrdən çəkinmədiyini bəyan edib.

Visiontv.az  Oxu.Az-a  istinadən  xəbər verir  ki, ölkə rəhbəri bu fikirləri İsrailin "i24" telekanalına açıqlamasında dilə gətirib.

"Bu növ xəbərdarlıqlar bizi qorxutmur", - deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, ötən həftə ərzində İran parlamentinin milli təhlükəsizlik komitəsinin rəhbəri  İbrahim Əzizi  İsrailə verdiyi dəstəyə görə Kiyevin Tehran zərbələri üçün rəsmi hədəf olduğunu irəli sürmüşdü.

visiontv.az