İsrail qırıcıları Tehran, Şiraz və Təbrizdə hərbi obyektlərə zərbələr endirib
17.03.2026

İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı İranın Tehran, Şiraz və Təbrizdə yerləşən hərbi obyektlərə növbəti hava zərbəsi dalğasını tamamlayıb.

Visiontv.az  APA -ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, İslam Respublikasının paytaxtında təhlükəsizlik qüvvələrinin qərargahlarına, o cümlədən Kəşfiyyat Nazirliyinə və “Bəsic”in qərargahına zərbələr endirilib.

Bundan əlavə, dronların, ballistik raketlərin və Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin saxlanıldığı obyektlər də hədəfə alınıb.

Cənub-qərbi İranda yerləşən Şirazda zərbələrin hədəfi daxili təhlükəsizlik komandanlığı qərargahı və ballistik raketlərin saxlanıldığı obyekt olub. Təbrizdə isə İsrail qırıcıları üçün hava məkanını təhlükəsiz etmək üçün HHM sistemləri məhv edilib.

visiontv.az