Sumqayıtda sursat tapılıb - VİDEO
16.03.2026

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Molla Vəli Vidadi küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat  xidmətindən  verilən xəbərə görə, məlumatla əlaqədar dərhal  FHN-in  Xüsusi  Riskli  Xilasetmə  Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 152 mm-lik top mərmisinin OF-22 başlığı olduğu müəyyən edilib.

Sursat  XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 

visiontv.az