Şəhərin tarixi mərkəzi sayılan Hamamlar məhəlləsində bayrama həsr olunan ənənəvi festival keçirilir.
Tədbiri Tbilisi meriyası, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi birgə təşkil edib.
Festivala Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstanın Gürcüstandakı səfirlikləri qatılıblar. Hər ölkə ayrıca guşədə özünəməxsus Novruz adət-ənənələrini və atributlarını, mədəniyyət nümunələrini, milli şirniyyatlarını nümayiş etdirir.
Tədbir çərçivəsində Novruz tonqalı alovlandırılacaq, milli rəqslər və mahnılardan ibarət konsert proqramı təqdim olunacaq.
Bayram şənliyini Tbilisi şəhər rəhbərliyinin nümayəndələrinin də ziyarət edəcəyi gözlənilir.
visiontv.az