CNN kanalı İsrail mənbələrinə istinadən xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani son hərbi hücumlar zamanı hədəfə alınıb.
Məlumata görə, onun öldürülüb-öldürülmədiyi hələlik dəqiq deyil. İsrail ordusu hücumların nəticələrini araşdıraraq bu məsələyə aydınlıq gətirməyə çalışır.
Xəbər İsrail mediasında da yayılıb. Bununla yanaşı, İsrail ordusunun qərargah rəisi Əyal Zamir bazar ertəsi axşamı keçirilən hücumlarda “əhəmiyyətli nailiyyətlər” əldə edildiyini bildirib. Lakin o, Əli Laricaninin hədəfə alındığını təsdiqləməyib.
İsrail tərəfi Tehran, Təbriz və Şiraz şəhərlərinə genişmiqyaslı zərbələr endirdiyini açıqlasa da, Laricani ilə bağlı rəsmi məlumat verilməyib.
visiontv.az