Bəhreyndə SEPAH-la əməkdaşlıqda şübhəli bilinən beş nəfər saxlanılıb
17.03.2026

Bu haqda Bəhreynin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Onların "İrandakı terrorçu elementlər vasitəsilə" SEPAH-a məxfi məlumatların toplanması və ötürülməsi ilə, eləcə də Bəhreyn Krallığına qarşı planlar həyata keçirmək üçün terrorçuları cəlb etməklə məşğul olduqları deyilir.

Daxili İşlər Nazirliyinin açıqlamasına görə, bu planlar "dövlətin suverenliyini və onun təhlükəsizlik aparatını sarsıtmaq məqsədi daşıyıb".

visiontv.az