"Oskar" mükafatı tarixində İLK - Qadın qalib oldu
16.03.2026

Autumn Durald Arkapav "Günahkarlar" filmindəki fəaliyyətinə görə "Ən yaxşı operator işi" kateqoriyasında "Oskar" mükafatını qazan ilk qadındır.

O, sözügedən mükafatın tarixində bu titulu əldə edən birinci, həmin kateqoriya üzrə namizədliyi irəli sürülən isə dördüncü xanımdır.

Visiontv.az  xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Bu, Duraldın "Oskar"a irəli sürülən ilk namizədliyi idi. O, bundan öncə Gia Koppolanın "Palo Alto", "Mainstream" və "Showgirl", həmçinin "Black Panther" "Wakanda Forever" kino layihələrində operator vəzifəsini icra edib.

Durald eyni zamanda Rihanna, Janelle Monae, Jonas Brothers, Arcade Fire və Haim kimi məşhur ifaçıların musiqi kliplərini çəkib.

Rayan Kuqler tərəfindən çəkilən qorxu filmi "Günahkarlar" 16 nominasiya qazanıb və bu, rekord hesab olunur. Filmin dörd nominasiya üzrə qalibiyyəti var: "Ən yaxşı orijinal ssenari", "Ən yaxşı orijinal musiqi", "Ən yaxşı operator işi" və "Ən yaxşı baş rol aktyoru".

visiontv.az